Bundan öncə yaydığımız məlumatda AGBank-ın “Həzz Kart” istifadəçiləri üçün kartın mobil versiyasını tətbiq etdiyini qeyd etmişdik. Lakin o zaman mobil əlavə sadəcə Android platforma üçün nəzərdə tutulmuşdu. İndi isə İOS platformalı mobil telefon istifadəçiləri də bu əlavədən yararlana bilərlər.
Qısaca mobil əlavə haqqında
Mobil əlavənin köməyi ilə istifadəçilər bank, onun filialları, bankomatları və “Həzz Kart” taksit kartının tərəfdaş siyahısı ilə (tərəfdaşın ünvanı, əlaqə nömrələri, mövcud endirimlər, bonuslar və kampaniyalar) mobil telefon vasitəsi ilə tanış ola biləcəklər. Hətta istənilən nöqtədən tərəfdaşlara aid obyektlərə gedən yol marşrutunu belə, görmək mümkün olacaq. Bu da hələ son deyil, mobil əlavəni yükləyən “Həzz Kart” sahibləri kartın balansı və aylara bölünmüş borclar haqqında məlumat alacaq, kartla edilən əməliyyatların siyahısını görəcək, tərəfdaşlar tərəfindən edilən endirimlər və AGBank-ın cari kampaniyaları haqqında xəbərdar ola biləcək, həmçinin ediləcək ödənişlər barədə də xatırlatma alacaqlar.
Mobil əlavəni telefona yükləmək üçün aşağıda göstərilən ardıcıllıq ilə tanış olun:
· Bu linkə keçərək mobil əlavəni yükləyin- http://goo.gl/TlgcyP
· Yüklədikdən sonra əlavəni açın
· “Müştərinin şifrəsi“və “Mobil telefonu”pencərələrini dolduraraq qeydiyyatdan keçin (Bank, filiallar, “Həzz Kart” haqqında məlumat almaq və ya “Həzz Kart”taksit kartının elektron sifarişi üçün qeydiyyata ehtiyac yoxdur).
Qeyd edək ki, “Mobil Bankinq” xidməti AGBank-da daha öncə tətbiq edilmişdi.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.
Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.
Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.