Nepalda dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3200 nəfəri ötüb. Bu barədə BBC telekanalı məlumat verib.
Hökumətin məlumatına əsasən, hazırda həlak olanların sayı rəsmi olaraq 3218, xəsarət alanların sayı 6538 nəfərdir.
Hindistan və Çin də daxil olmaqla, qonşu ölkələrdə 90 nəfərə yaxın adam həlak olub.
Everestdə isə zəlzələnin səbəb olduğu qar uçqunu nəticəsində ən azı 17 nəfər həlak olub, 60 nəfərdən çox adam xəsarət alıb.