Quba rayonunda 3 bal gücündə zəlzələ olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ bazar ertəsi saat 08:05-də qeydə alınıb. Zəlzələnin episentri Qubadan 14 km cənub-qərbdə, Quba rayonu ərazisində yerləşib. Təkanlar yerin 42 km dərinliyində baş verib. Ətraf yaşayış məntəqələrinin sakinləri təkanları hiss etməyiblər.
A.Zeydullayeva