Masallı rayonunda Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş “Ordu və xalq birdir” devizi altında tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbir iştirakçıları Böyük Vətən müharibəsi mövzusunda hazırlanmış fotosərgi ilə tanış olublar. Fotosərgidə Sovet İttifaqı qəhərmanı adını almış azərbaycanlıların da fotoşəkilləri də yer alıb.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbanlı qələbənin qazanılmasında Azərbaycan xalqının əvəzsiz rolundan danışaraq qeyd edib ki, təkcə Masallı rayonundan cəbhəyə 100 min nəfər yola düşüb, onlardan 5 min nəfəri geri qayıtmayıb.
Tədbirdə, həmçinin Azərbaycan dövlətinin qüdrəti və Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını hərbi yolla almağa qadir olduğu vurğulanıb.
“Bizim xalqımız alman faşizmi üzərində qələbədə böyük rol oynayıb, biz tezliklə erməni faşizmi üzərində də qələbə çalacağıq”,- deyə A.Qurbanlı vurğulayıb.
G.Qənbərova