ABŞ dövlət katibi Con Kerri bazar ertəsi Nyu-Yorkda İranın xarici işlər naziri Cavad Zəriflə görüşəcək. Bu barədə Amerika KİV-ləri Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat verir.
Danışıqlar BMT-nin təşkil etdiyi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin yerinə yetirilməsinə dair konfrans çərçivəsində keçiriləcək.
Bu, aprelin 2-də Lozannada İranın nüvə probleminin nizamlanması üzrə Tehran və “altılıq” arasında çərçivə sazişinin razılaşdırılmasından sonra ABŞ və İran xarici işlər idarələrinin rəhbərləri arasında ilk danışıqlardır. İndi İran və “altılıq” əldə edilmiş razılaşmalar əsasında iyunun 30-na qədər atom üzrə hərtərəfli sazişə dair razılığa gəlməlidirlər.