Son məlumatlara görə, Nepalda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3617 nəfər təşkil edib. Bu barədə bazar ertəsi “Associated Press” agentliyi Nepal polisinə istinadən məlumat verir.
Daha öncə 3218 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, şənbə günü Nepal paytaxtı yaxınlığında 7,9 bal gücündə zəlzələ baş verib.