Ermənistanin xarici işlər naziri Edvard Nalbandyan Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, Fransa, ABŞ) ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair görüş keçirəcək.
“Danışıqlar prosesinin davam etdirilməsi məqsədilə aprelin 29-da mənim Qarabağ üzrə vasitəçilərlə görüşüm olacaq. Danışıqlar prosesinə alternativ yoxdur”, - deyə E.Nalbandyan bazar ertəsi İrəvanda Belçika XİN başçısı Didye Reynders ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.