Azərbaycan Prezident Administarasiyası rəhbərinin müavini Novruz Məmmədov Ermənistan-Rusiya qardaşlığını şübhə altına alıb.
“Həqiqət bundadır ki, bu gün Rusiyada 3 milyon erməni yaşayır, Ermənistanda isə heç 3 min nəfər rus yoxdur. Özünüz bu qardaşlıqdan nəticə çıxarın”, - deyə N.Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
N.Məmmədov digər statusunda qeyd edib ki, qanlı döyüşlərdən qaçan suriyalı ermənilər azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək məcburiyyətindədirlər.
“BBC-nin məlumatına əsasən, Suriyadan qaçan 15 mindən çox erməni Dağlıq Qarabağda məskunlaşdırılıb. Onlar Azərbaycana qarşı aparılan müharibədə iştirak etməyə məcburdurlar”,- deyə o qeyd edib.
F.İsazadə