Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün 26 aprel tarixində “Azərbaycan dili” fənnindən keçirilmiş test imtahanının nəticələrini açıqlayıb.
İmtahanda iştirakı nəzərdə tutulan8426abituriyentdən551nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün2abituriyentin imtahan nəticələri ləğv edilib.İmtahanda iştirak edən7873abituriyentdən6631nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər2015-ci il iyulun 7-dəkeçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
A.Zeydullayeva