Bu gün Bakıda Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukrayna xarici işlər nazirinin müavini Natalya Qalibarenko məlumat verib.
“Bu gün azərbaycanlı həmkarım Xələf Xələfovla görüşüm olacaq. Biz nazirlərin görüşünün təşkilinə təkan vermək istəyirik”,- deyə N.Qalibarenko bildirib.
O, həmçinin İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini də vurğulayıb. “Bizim iqtisadi problemlərimiz var və ötən il böyük fasilə yarandı”, - deyənazir müaviniəlavə edib.
“Biz əməkdaşlığın bütün perspektiv istiqamətlərinə nəzər salmalıyıq”, - deyə diplomat qeyd edib.
F.İsazadə