Belçika Qarabağ münaqişəsinin nizamlanması işinə töhfə vermək istəyir. Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçika baş nazirinin müavini, xarici işlәr, xarici ticarət və inkişafa yardım naziri Didye Reynders bəyan edib.
“Biz Azərbaycanın işğal olunmuş əraziləri məsələsinin ATƏT-in Minsk Qrupunun səyləri ilə həllini istəyirik. Biz (Avropa Şurası Nazirlər Komitəsində sədrlik çərçivəsində - İF-Az) bu problemin həlli üçün səylərimizi əsirgəməyəcəyik. Əmin edirik ki, məsələ bütün tərəflərin razılığı ilə öz həllini tapacaq”, - deyə D.Reynders çərşənbə axşamı Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla danışıqların yekunları üzrə keçirilən birgə brifinqdə bildirib.
F.İsazadə