“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Aktau-Bakı aviareysi üzrə xüsusi aksiya keçirir. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Aksiyaya uyğun olaraq Bakı-Aktau-Bakı reysinə biletlərin qiyməti 213 avro, Aktau-Bakı-Aktau reysinə biletlərin qiyməti $263 təşkil edir.
Biletlərin satış müddəti və uçuş 2015-ci il mayın 24-nə qədərdir.
Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
Təyinat nöqtəsində maksimal qalma müddəti bir aydır.
N.Abbasova