Ukrayna prezidenti Pyotr Poroşenko cari ilin ikinci yarısında Azərbaycana səfər edəcək. Bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko bəyan edib.
“Ukrayna prezidetin və XİN başçısının Azərbaycana səfərləri cari ilin ikinci yarısında baş tutacaq”, - deyə N.Qalibarenko “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, P.Poroşenko və XİN başçısı Pavel Klimkinin səfərlərindən öncə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/638386 saytında tanış olmaq olar.
F.İsazadə