"PriceWaterhouseCoopers" beynəlxalq audit şirkəti (PWC) Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2014-cü il üzrə maliyyə hesabatlarının auditini keçirib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
“PWC tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2014-cü il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib”, - deyə məlumatda vurğulanır.
Audit zamanı fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
A.Əzizov