Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Göyçay rayonunda yerləşən “Mega Market” ticarət mərkəzi tərəfindən qanunsuz stimullaşdırıcı lotereyanın keçirilməsini aşkar edib. Bu barədə QKDK-nin məlumatında deyilir.
“QKDK “Mega Market” ticarət mərkəzi tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir”, - deyə məlumatda vurğulanır.
N.Abbasova