Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır. Bu barədə Latviyanın sabiq prezidenti Valdis Zatlers Bakıda keçirilən III Qlobal Forumda çıxışı zamanı bildirib.
“Mən ümid edirəm ki, “Şərq tərəfdaşlığı” proqramının Riqa sammitində Azərbaycan və Avropa İttifaqı arasında strateji əməkdaşlıq haqqında assosiativ saziş imzalanacaq”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması və Avropada neft məhsulları bazarının yaradılmasında vacib rol oynayır.
“Bugünkü reallıqlar belədir ki, Azərbaycan və Gürcüstan yaxın gələcəkdə Avropa üçün yeganə alternativ enerji mənbəyi olacaq”,- deyə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz növbəsində qeyd edib.
Onun sözlərinə görə, əgər Avropa öz dəyərlərini müdafiə etmək istəyirsə, Bakı ilə daha sıx əlaqələr qurmalıdır.
R.Babayev