2015-ci ilin may ayında Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Mesaad İbrahim Al-Sulaimi ilə görüşündə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Biznes forum Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirinin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq. Bundan başqa, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
Ş.Mustafayev görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanının neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması sahələrində əməkdaşlıq imkanlarının olduğunu bəyan edib.
Öz növbəsində səfir ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
A.Əzizov