Yaxın vaxtlarda Minsk Qrupunun həmsədrləri qondarma “Dağlıq Qarabağ Respublikası”nda bu bazar günü keçiriləcək parlament seçkilərinin qeyri-legitim olması barədə bəyanat verəcəklər.
“Minsk Qrupunun həmsədrləri əvvəllər olduğu kimi, yenə də bəyanatla çıxış edəcəklər”,- deyə Minsk Qrupunun fransalı həmsədri Pyer Andrie “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç kim tanımır. Və biz bu seçkiləri, əlbəttə ki, qeyri-legitim hesab edəcəyik”, - deyə diplomat qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/638474 ünvanında tanış ola bilərsiniz.
F.Hüseynzadə