SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
229 nömrəli quyu 14 saylı dəniz özülündən qazılıb.
Təmir işlərindən sonra quyunun gündəlik debiti 160 min kubmetr qaz və 5 ton kondensat təşkil edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova