Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 30-na manatın dollara nisbətən rəsmi məzənnəsini aprelin 29-da qeydə alınmış 1,0494 manat/$1 səviyyəsinə qarşı 1,0484 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0953% möhkəmlənib.
Qeyd edək ki, manat artıq beş gündür dollara nisbətən möhkəmlənir.
AMB aprelin 30-na manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 29-da qeydə alınmış 1,1510 manat/1EUR səviyyəsinə qarşı 1,1416 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8167% möhkəmlənib.
Aprelin 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 29-da qeydə alınmış 0,0205 manat/1RUR səviyyəsinə qarşı 0,0181 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 11,7073% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov