Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 1-nə manatın dollara nisbətən rəsmi məzənnəsini aprelin 30-da qeydə alınmış 1,0487 manat/$1 səviyyəsinə qarşı 1,0482 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0477% möhkəmlənib.
Bütövlükdə manat cari həftə ərzində dollara nisbətən möhkəmlənib.
AMB mayın 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 30-da qeydə alınmış 1,1644 manat/1EUR səviyyəsinə qarşı 1,1749 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9017% ucuzlaşıb.
Mayın 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 30-da qeydə alınmış 0,0207 manat/1RUR səviyyəsinə qarşı 0,0204 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 1,4492% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov