Azərbaycanlı tədqiqatçı Nuridə Atəşinin “Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyətinin materialları Avropa muzeylərində” adlı monoqrafiyası nəşr olunub.
N.Atəşli qeyd edib ki, monoqrafiyada son tunc və erkən dəmir dövründə Qafqazın bir çox ərazilərinə yayılmış Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı tədqiqatların nəticələri öz əksini tapıb.
Tədqiqat obyektləri qanunsuz olaraq Avropa muzeylərinə daşınmış XIX əsrə aid arxeoloji tapıntılardır.
N.Atəşi Tarixəqədər və Qədim Tarix Muzeyində bu mədəniyyətə aid indiyə qədər araşdırılmamış olan bir neçə kolleksiya və əlyazmanın olduğunu aşkar edib.
Tədqiqatçının sözlərinə görə, monoqrafiyada alman alimləri tərəfindən son 150 ildə yazılmış tarixi, arxeoloji, etnoqrafik və antropoloji elmi əsərlər müqayisəli şəkildə təhlil edilir.
Bundan başqa, orjinal arxeoloji tapıntılar və şəxsi yazışmalar da təhlil edilir. Xocalı- Gədəbəy mədəniyyəti tarixinin bilərəkdən və ya bilməyərəkdən yazılan yanlışları monoqrafiyada elmi dəlillərlə təkzib olunur.
Müəllif bütün bu yanlış nəşrlərin elmi diskussiyalara çıxarılmasını, elmi dövriyyədən kənarlaşdırılmasını,Xocalı-Gədəbəy mədəniyyətinin yenidən obyektiv surətdə tədqiq edilməsini tələb edir.
A.Zeydullayeva