Cümə günü Bakı və Azərbaycan
Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr qeyd edib ki, Böyük Vətən müharibəsi 20-ci əsrin ən mühüm hadisəsidir.
“Hər şey başqa cür olsaydı, yəqin ki, çoxumuz həyatda olmazdıq, yaşadığımız dövlətlər, qəhrəman-şəhərlərin əksəriyyəti mövcud olmazdı. Bütün bunlar Böyük Vətən müharibəsində ədaləti müdafiə edən qüvvələrin sayəsindədir”, - deyə arxiyepiskop müharibə veteranları ilə görüşdə bildirib.
O qeyd edib ki, bu böyük hadisəni qiymətləndirməmək mümkün deyil, çünki o, “bizim üçün tamamilə fərqli, mənfi şəkildə hazırlanan tarixin gedişini dəyişib.
“Biz ya kölə, ya da yox olmalıydıq”, - deyə o vurğulayıb.
Arxiyepiskop əlavə edib ki, xalqın mənəvi-siyasi birliyi müharibədə qələbəyə səbəb olub.
“Dindar və ya ateist, kommunist və ya adi vətəndaş, rus və ya azərbaycanlı, ukraynalı və ya qazax olmasından asılı olmayaraq insanlar birgə döyüşürdülər. Heç kəs milliyyət və ya dini mənsubiyyətdən söz açmırdı. Hər kəs qələbəyə töhfə verirdi”, - deyən arxiyepiskop cəbhə şüarının “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün” olduğunu xatırladıb.
O, müharibə haqqında məlumatın insanların o dövrdə naminə yaşadıqları ideyaları gənclərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
“Veteranlara hörmət və diqqətin gənclərin şüurunda iz buraxmasını istərdik. Onlar anlasınlar ki, bizim yuxumuza belə girməyən həyat, təhsil, hərəkət imkanları və sadəcə məişət rahatlığı necə baha başa gəlib”, - deyə arxiyepiskop vurğulayıb.
Tədbirin təşkilatçıları Rusiya Həmvətənləri təşkilatlarının Əlaqələndirmə Şurası və “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi Cəmiyyətidir.
F.İsazadə