Rusiya istənilən çağırışlara qarşı durmağa qadirdir və ən mürəkkəb vəzifələri həll edə bilər. Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kremldə “RF Əmək Qəhrəmanı” qızıl medallarının təqdimat mərasimində bəyan edib.
“Müharibədə qələbə qazanan xalq böyük dövlət yaradıb. Bu gün Rusiya bir daha sübut edir ki, istənilən çağırışlara qarşı durmağa, ən mürəkkəb məsələləri həll etməyə qadirdir”, - deyə V.Putin qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Rusiya tarixində ən böyük qələbələrin əsl yaradıcısı “hər zaman həm hərbi, həm də əmək qəhrəmanlığına qadir xalq olaraq qalır”.
O qeyd edib ki, mükafatların təqdim edilməsi mərasimi Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində keçirilir. “Arxa cəbhənin milyonlarla zəhmətkeşi sexlərdə, mədənlərdə, meydanlarda cəbhə üçün əlindən gələni ediblər. Müharibədən sonra ölkə fədakar əmək sayəsində yenidən qurulub”, - deyə V.Putin bildirib.