“Bank BTB” “AzeriCard” Prosessinq Mərkəzi ilə birgə Onlayn ödəniş səhifəsini istifadəyə verib. Bu barədə mərkəzin məlumatında qeyd edilir.
Bu xidmət banka getmədən “Kredit ödənişləri”, “Əmanət vəsaitlərinin artırılması”, “Plastik kart balansına vəsaitlərin mədaxili”əməliyyatları 24 saat real vaxt rejimində asan, operativ və etibarlı olaraq həyata keçirmək imkanı yaradır.
Хidmətdən istifadə qaydası olduqca rahat və sadədir. Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılır. Yatırılan vəsait ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ əsas borcdan çıxılacaq.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları üç fiziki şəxsdir.
“AzeriCard” Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
A.Əzizov