Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 100 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (27 aprel - 3 may) baş vermiş bədbəxt hadisələr nəticəsində 12 nəfər həlak olub, 5 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 4 intihar hadisəsi qeydə alınıb.
Bundan başqa, həftə ərzində 3 nəfər qətldə, 6 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 31 nəfər oğurluqda, 9 nəfər qarətdə, 4 nəfər avtomobil qaçırmaqda, 1 nəfər insan alverində, 3 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 8 fakt qeydə alınıb.
C.Həmidov