2015-ci il mart ayının yekunları üzrə Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1,886 min manat, 2015-ci ilin fevral ayı ilə müqayisədə artım 14% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Mart ayında dollar ekvivalentində bir kvadratmetrin dəyəri 14,8% - $1,796 minə qədər azalıb.
“Bazarda təklif portfelində qiyməti $2,5 mindən çox olan mənzillərin payı 17,5%, kvadratmetrinin qiyməti $2 mindən aşağı olan mənzillərin payı 50% təşkil edir”, - deyə şirkətdən bildirilib.
A.Axundov