Azərbaycan polisi Sumqayıt şəhər sakinini bir partiya heroinlə saxlayıb. Bu barədə çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qarayevdən 9 qram heroin, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 15 qram heroin aşkar edilərək götürülüb.
ŞPİ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov