Sloveniyada azərbaycanlı partizan Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin nümayəndələri mayın 7-dən 11-dək Lyublyanada keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Mixaylo ləqəbi ilə tanınan M.Hüseynzadə Yuqoslaviyada 31-ci diviziyanın 9-cu qarışıq italyan-yuqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsinin partizan batalyonu sıralarında faşistlərə qarşı mübarizə aparıb.
F.İsazadə