Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunulub.
Tədbirdə şimal-qərb bölgəsini əhatə edən rayonların İcra hakimiyyətlərin müavinləri, bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri və "Aqrolizinq" ASC-nin nümayəndələri iştirak ediblər.
İ.Əhmədov