Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı tanınmış Sovet və rus şairi Yevgeni Yevtuşenko ilə görüşüb. Bu barədə “İnterfaks-Qərb” agentliyinə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə müasir ədəbiyyatın vəziyyəti barədə söhbət aparılıb. Y.Yevtuşenko hazırda baş verən bəzi hadisələr barədə öz fikirlərini söyləyib”, - deyə mətbuat xidmətindən bildirilib.