Avropa İttifaqı Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasına dair danışıqları davam etdirmək niyyətindədir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Biz gələcəkdə Transxəzər qaz kəməri ilə bağlı müzakirələrin aparılması üçün imkanlara malik olmağa yönəlmişik”, - deyə M.Mard bu yaxınlarda Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin Aşqabadda Türkiyə və Azərbaycanın energetika nazirləri ilə bu layihənin müzakirə olunduğu görüşü şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu layihə Xəzərin daha böyük həcmdə enerji resurslarının Avropa tərəfindən əldə olunması üçün geniş imkanlar açacaq.
F.İsazadə