Çərşənbə günü Azərbaycanın paytaxtında "Tour d`Azerbaidjan"veloyürüşünə start verilib.
24 ölkədən 25 komandanın velosipedçilərinin iştirak etdiyi idman yarışları 6-10 may tarixlərində keçiriləcək.
Veloyürüşə Dövlət Bayrağı meydanından start verilib. Yürüşün ilk mərhələsində iştirakçılar Sumqayıta qədər 154 km məsafəni qət edəcəklər.Finiş Sumqayıt şəhərində olacaq.
“Tour d`Azerbaidjan” veloyürüşü, həm də “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışları idmançılara “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
“Bakı-2015” I Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
R.Babayev