2015-ci ilin mart ayında Bakıda kommersiya obyektlərinin 1 kvadratmetrinin orta satış qiyməti fevral ayı ilə müqayisədə 13,56% - 3,935 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Dollarla ifadədə qiymət 15,17% - $3,748 minə qədər azalıb.
Hesabat ayında ekspozisiyanın müddəti 188 gün təşkil edib.
Mart ayında Bakıda 1 kvadratmetr qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti 15% - $14,35-ə qədər azalıb.
A.Axundov