Çərşənbə günü Azərbaycan Dövlət Aqrar Universitetində aqroparkların yaradılmasının zəruriliyi və inkişafı mövzusunda tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Tədbirin məqsədi ölkədə aqrar sahənin innovasiyalı inkişafında aqroparkların mühüm rolu və bu istiqamətdə, respublikanın aparıcı ali aqrar təhsil və elmi-tədqiqat müəsisələrində çalışan alim və tədqiqatçıları bir araya gətirərək səmərəli təkliflər hazırlamaq olub.
“Müasir dünyada aqrar sektorun potensialının artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında, habelə aqrar elmin, təhsilin və istehsalın inteqrasiyasında aqroparklar mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şəmkir aqroparkı bu sahənin innovasiyalı inkişafına mühüm töhfə verəcək”, – deyə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Konfransda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Şəmkir Aqroparkı arasında peresrektiv layihələr, birgə kadr hazırlığı və digər mövzularda məruzələr dinlənilib.
F.Mehdiyev