Hazırda Bakıda Müsavat Partiyasının mənzil-qərargahı qarşısında partiya üzvlərinin etiraz aksiyası keçirilir. Bu barədə ANS telekanalının saytında məlumat verilir.
Aksiyada iştirak edən 40-dək müsavatçı son günlər partiya sıralarından çıxarılan fəalların yenidən bərpasını tələb edirlər.
Həmçinin etirazçılar "Müsavat" başqanının yenidən seçilməsini və növbədənkənar qurultayın çağırılmasını tələb edirlər.
Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı isə etiraz aksiyasına reaksiya göstərməyib.
A.Hacılının başqan seçildiyi ötən ilin sentyabr ayından etibarən 10-a yaxın şəxs partiya sıralarını tərk edib.
“Müsavat”ın əvvəlki sədri İsa Qəmbər 20 il ərzində partiyanın dəyişilməz lideri olub.
Y.Əliyev