Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin aprel ayında dövlət sərhədinin pozulması ilə bağlı 28 hadisə qeydə alınıb, bununla əlaqədar 38 nəfər saxlanılıb. Bu barədə cümə axşamı DSX-nin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxslərdən 24 nəfəri Azərbaycan, 6 nəfər İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukraynavətəndaşlarıdır.
Ay ərzində sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12halda 21 nəfər saxlanılıb.
Məlumatda qeyd olunur ki, apreldə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 20 halda 27,276,8 kiloqram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Apreldə qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan dörd cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
DSX əməkdaşları bu ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaqmal aşkar edərək götürüblər.
Y.Əliyev