Azərbaycan Beynəlxalq Bankı (ABB) Koreyanın "The Export Import Bank of Korea" (KEXIMBank) bankından $100 mln. məbləğində kredit cəlb edib. Bu barədə ABB-nin məlumatında deyilir.
ABB və KEXIMBank arasında kredit müqaviləsi bağlanılıb.
Məlumatda bildirilir ki, vəsait Koreya istehsalı olan malların Azərbaycana idxalının maliyyələşdirilməsinə yönəldiləcək.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur.
A. Əzizov