Azərbaycan prezidenti İlham Əliyev Hitler Almaniyasına xidmət edən ermənilərin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu bəyan edir.
“Ermənistanda Hitler və faşizmə xidmət edənlərin xatirəsinə hörmətlə yanaşırlar. Yollar və parklara onların adı verilir. Hamı bilməlidir ki, bu yolverilməzdir”, - deyə İ.Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılış mərasimində bəyan edib.
AzTV dövlət telekanalının məlumatına görə, dövlət başçısı faşizm üzərində qələbədə Azərbaycanın müstəsna rolunu hərtərəfli xarakterizə edib. O, bəzi ölkələrdə faşizm ideologiyasının dirçəlməsinin, 1941-1945-ci illərdə müharibənin tarixinin təhrif edilməsinin qəti şəkildə yolverilməzliyini vurğulayıb, bu məsələdə Bakının prinsipial mövqeyini qeyd edib.
F.İsazadə