Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 8-nə manatın dollara nisbətən rəsmi məzənnəsini mayın 7-də qeydə alınmış 1,0475 manat/$1 səviyyəsinə qarşı 1,0482 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0668% ucuzlaşıb.
AMB mayın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsini mayın 7-də qeydə alınmış 1,1881 manat/1EUR səviyyəsinə qarşı 1,1742 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,1699% möhkəmlənib.
Mayın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi mayın 7-də qeydə alınmış 0,0206 manat/1RUR səviyyəsinə qarşı 0,0207 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,4854% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov