Mayın 15-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında qeyd edilir.
Biznes forum Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfig Favzan Alrabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək.
Biznes forumda 100-dən artıq Səudiyyə Ərəbistanı şirkəti iştirak edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov