Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev 11-12 may tarixlərində Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində N.Patruşevin Azərbaycan rəhbərliyi ilə görüşləri gözlənilir. Bakıda olacağı dövrdə Rusiya Təhlükəsizlik Şurasının katibi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyacaq.
F.Hüseynzadə