Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşevin mayın 11-12-də Azərbaycana edəcəyi səfər çərçivəsində regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.
“N.Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq”, - deyə cümə günü RF Təhlükəsizlik Şurasının mətbuat xidmətindən “İnterfaks” agentliyinə bildirilib.
“Regional və beynəlxalq təhlükəsizliyə dair məsələlər müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunur.
Səfər çərçivəsində N.Petruşevin Bakıda yaşayan Böyük Vətən müharibəsi veteranları ilə də görüşü olacaq.