Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) fəaliyyətinə yeni impulsun verilməsinin vacibliyini qeyd edib.
“Biz GUAM-ın fəaliyyətinə yeni təkan vermək üzərində işləyirik. Bizim bütün ölkələrimizin bir vahid problemi var - bizim ərazilərimiz işğal olunub. Biz ərazi bütövlüyümüzün bərpa edilməsi işində necə hərəkət edəcəyimizə dair yeni hərəkət konsepsiyası hazırlamalıyıq”,- deyə A.Mişenko cümə günü jurnalistlərlə söhbət zamanı bildirib.
Onun fikrincə, GUAM-ı təsirli təşkilata çevirmək üçün onun mexanizmlərini yeniləmək lazımdır.
“Biz hesab edirik ki, bunun üçün zəmin yaradılıb. Biz təşkilatın rəhbərliyinin dəyişməsini gözləyirik. Azərbaycan GUAM katibi rəhbəri vəzifəsinə iddia edir, Ukrayna isə onu tamamilə dəstəkləyir. Biz təşkilata yeni nəfəs vermək istəyirik”,- deyə diplomat qeyd edib.
F.İsazadə