“Aqrolizinq” ASC-nin Gəncə Regional Təchizat Bazasında daha 44 fermer traktorla təmin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Kənd təsərrüfatı ili əlaqədar dövlət tərəfindən bu sahəyə dəstək əhəmiyyətli dərəcədə gücləndirilib. Yalnız texniki təminat deyil, bütün sahələr üzrə məqsədyönlü tədbirlər həyata keçirilir”, – deyə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Bu tədbirin 8 may tarixinə - Şuşanın işğalı gününə salınması isə təsadüf deyil. Belə ki, traktorlar, əsasən Qarabağ əlillərinə, şəhid ailələrinə, milli qəhrəman və əmək veteranlarına təqdim olunub.
Qeyd edək ki, texnikanın dəyərinin 40%-i dövlət hesabına, qalanı isə uzunmüddətli kreditlə ödənilir. Hazırda dövlətin bu güzəştlərindən yararlanmaq üçün fermerlər müraciətlərini onlayn formada həyat keçirə bilirlər.