Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında qeyd edilir.
Biznes forum Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanqın Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Biznes forumda neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank xidmətləri, kənd təsərrüfatı, səhiyyə, mebel, ticarət, xidmət, turizm və nəqliyyat xidmətləri, su təsərrüfatı, məişət texnikası, avadanlıq və əczaçılıq məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 40-a yaxın Vyetnam şirkətinin iştirakı nəzərdə tutulur.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov