Pakistandakı “Taliban” radikal qruplaşmasının üzvləri xarici diplomatları daşıyan helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərlərinə götürüblər. Bu barədə Qərb KİV-ləri məlumat verir.
Taliblər, həmçinin bildiriblər ki, onlar Pakistanın baş naziri Nəvaz Şərifin helikopterin göyərtəsində olduğunu ehtimal edərək helikopteti vurublar.
“Helikopter zenit raketi ilə vurulub, pilotlar və xarici səfirlər həlak olub”, - deyə talibançıların bəyanatında qeyd edilir.
“Təhriki-Taliban-iPakistan” xüsusi qrupu Nəfaz Şərifə qarşı sui-qəsd planı hazırlamışdı, lakin o, başqa helikopterdə uçduğuna görə xilas olub”, - deyə bəyanatda vurğulanır.
Talibançıların belə bir bəyanat verib-vermədiyi hələ dəqiqləşdirilməyib.
Xəbər verildiyi kimi, bu gün içərisində xarici diplomatların olduğu 3 helikopterdən biri qəzaya uğrayaraq məktəb binasının üzərinə düşüb, nəticədə bina yanıb.
Son məlumatlara görə, qəzada iki pilot, həmçinin Norveç və Filippin səfirləri də daxil olmaqla, ən azı 6 nəfər həlak olub.