Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin məzarı önünə əklil qoyub. Bu barədə Rusiya nümayəndə heyətini müşayiət edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Şəhidlər Xiyabanını da ziyarət edib və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə gül qoyub.
Bundan başqa, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önünə də əklil qoyulub.
F.İsazadə