Çərşənbə axşamı Bakıda və Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə birgə taktiki təlimlərə başlanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Təlimlər Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.
Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.
Birgə təlimlər mayın 16-dək davam edəcək.
R.Babayev