2015-ci il aprelin 1-nə Azərbaycanda banklar tərəfindən 2,633 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Məlumata əsasən, aprelin 1-nə Bakıda 1,481 min (artım 0,7%), regionlarda 1,152 min ədəd bankomat (artım 1,3%) quraşdırılıb.
2015-ci ilin yanvar-mart aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında əhəmiyyətli artım müşahidə olunub. Xüsusilə cari ilin aprel ayının əvvəlinə onların sayı 77,631 min ədəd (artım 6,3%) təşkil edib.
Bununla yanaşı, Bakıda 50,229 min ədəd (artım 0,4%), regionlarda 27,402 min ədəd (artım 19,3%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 76,219 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,2%-i quraşdırılıb.
A.Axundov